Gömrükdən “Samsung” telefonlarını keçirmək istəyən saxlanıldı

gomrukden-samsung-telefonlarini-kecirmek-isteyen-saxlanildi
Oxunma sayı: 648

Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən gələn, Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, baxışdan öncə şifahi sorğu-sual olunan vətəndaş üzərində və idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı vətəndaşın üzərində gizlədilən 1 ədəd “Samsung Galaxy A30”, 1 “Samsung Galaxy” və 1 ədəd “Samsung Galaxy M205F” markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.