Göygöldən gözəl - Fotolar

goygolden-gozel
Oxunma sayı: 1832

Kəpəz dağı, onun ətəyindəki sıx meşələr, yamyaşıl güllü-çiçəkli çəmənliklər, qayalar arasından süzülən şəlalələr, buz bulaqlar, dibi görünməyən dərələr boyunca axan çaylar bir də bir-biri ilə gözəllik bəhsinə girən 19 ecazkar dağ gölü.

Xüsusən də Göygöl və Maralgöl təbiətin yurdumuza elə bir bəxşişidir ki, əsrlərdir şairlər, rəssamlar, bəstəkarlar bu gözəllikdən ilham alıb, onu öz əsərlərində dönə-dönə vəsf edirlər. Hər gün minlərlə yerli və xarici qonaq, turist ana təbiətin yaratdığı bu bənzərsiz mənzərəni seyr edir, onun füsunkar gözəlliyindən zövq alırlar.

“Qafqazinfo” Azərtac-ın bu təbiət gözəlliklərindən çəkdiyi fotoları təqdim edir.