Gürcüstan spikeri Bakıya gəldi

gurcustan-spikeri-bakiya-geldi
Oxunma sayı: 644


“Qafqazinfo” xəbər verir ki, Bakının beynəlxalq aeroportunda qonağı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıb. Aeroportda jurnalistlərə müsahibə verən Usupaşvili deyib ki, səfərin məqsədi Azərbaycanla Gürcüstanın qanunverici orqanları arasında müxtəlif sahələri əhatə edən, o cümlədən iqtisadi və hüquqi sahədə qarşılıqlı əməkdaşlıq məsələlərini ətraflı müzakirə etməkdir.

Gürcüstan parlamenti sədrinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.