Gürcüstanda azərbaycanlı ailəyə silahlı basqın

gurcustanda-azerbaycanli-aileye-silahli-basqin
Oxunma sayı: 646

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisəni kənd sakini Ramiq Əbdürrəhmanov törədib.


Kənd sakinləri bildiriblər ki, R. Əbdürrəhmanovun həmkəndlisi və qonşusu, 45 yaşlı Dövrüşov Ramizə 4 güllə vurub. Daha sonra o, R. Dövrüşovun evinə gələrək, onun həyat yoldaşı Cəvahir Dövrüşovanın başından 3 güllə vuraraq, öldürüb.

R. Əbdürrəhmanov R. Dövrüşovun oğlu, 22 yaşlı Vəli Dövrüşovu da güllələməyə cəhd edib. Lakin V. Dövrüşov qaçaraq həyətdəki tövlədə gizlənib. R. Əbdürrəhmanov tövləyə qumbara atıb.

Yeni ailə quran V. Dövrüşovun qara ciyəri qumbaranın qəlpələri ilə zədələnib, hər iki ayağı sınıb. Marneuli rayon xəstəxanasında V. Dövrüşov üzərində cərrahiyyə əməliyyatı aparılıb, onun vəziyyəti orta ağır qiymətləndirilir. V. Dövrüşovun həyat yoldaşı Nənəxanım Dövrüşova isə qaçdığı üçün R. Əbdürrəhmanovun gülləsinə tuş gəlməyib.

R. Əbdürrəhmanov hadisə yerindən qaçıb. Hazırda Kvemo-Kartli bölgə polis idarəsinin əməkdaşları onunla bağlı axtarış tədbirləri həyata keçirirlər. Qeyd edək ki, hadisə zamanı baş verən qumbara partlayışından qonşu evlər də zərər çəkib.