Gürcüstanın daxili işlər naziri Azərbaycana gəlir

gurcustanin-daxili-isler-naziri-azerbaycana-gelir
Oxunma sayı: 638

“Qafqazinfo” bildirir ki, bu barədə bazar ertəsi Trend-ə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildiriblər.

Qaribaşvili, həmçinin azərbaycanlı həmkarı, milli təhlükəsizlik və fövqəladə hallar nazirləri, eləcə də Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri ilə görüşlər keçirəcək.

Məlumata görə, Qaribaşvilinin səfəri zamanı ikitərəfli əməkdaşlıq, həmçinin Gürcüstan DİN-də islahatların aparılması məsələləri müzakirə ediləcək.