Gürcüstanın Səhiyyə naziri istefa verdi

Gürcüstanın Səhiyyə naziri istefa verdi
Oxunma sayı: 482

Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko istefa verib. “Qafqazinfo”nun “sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

“Bu, qısa müddətə deyil, uzun məsləhətləşmələr nəticəsində verilmiş qərardır”, - deyə Sergeenko söyləyib. 

O, istefaya getsə də, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının üzvü olaraq qalacağını da sözlərinə əlavə edib.

Qeyd olunur ki, David Sergeenko Gürcüstan hökumətində ən reytinqli nazirlərdən biri hesab olunub. O, 2012-ci ilin oktyabrından səhiyyə naziri idi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi