Hava limanında “Ayrılıq” oxudu - Yıldız Tilbe Bakıda

hava-limaninda-ayriliq-oxudu
Oxunma sayı: 3089

Ötən gecə Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe Azərbaycan gəlib.  “Qafqazinfo” xəbər verir ki, sənətçinin paytaxta təşrif buyurmasına səbəb bu gün Bakı Konqres Mərkəzində verəcəyi solo konserti ilə bağlıdır. 

Yıldız, əvvəlcə 2 milyona yaxın izləyicisi olan instaqram səhifəsində videosunu paylaşaraq Azərbaycana gəldiyini bildirib:  “Hava limanındayıq. Bizi gözləyin, gəlirik”.

Bundan əlavə, Bakıya gələn sənətçi hava limanında Azərbaycanın məşhur “Ayrılıq” mahnısını canlı olaraq ifa edib, daha sonra media nümayəndələrinin suallarını cavablandırıb. 

ğ