Havanın temperaturu aşağı düşəcək

havanin-temperaturu-asagi-dusecek
Oxunma sayı: 637

Havanın temperaturu gecə 2-4 dərəcə isti, günün birinci yarısında 6 dərəcəyədək isti, axşam doğru isə 2 dərəcəyə yaxın olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bu gün arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək.

Bu gün hava şəraitinin dəyişiləcəyi, temperaturun ötən günlərə nisbətən 5-7 dərəcə aşağı enəcəyi, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.