Həbsdəki NİDA-çıya qəzet verilmir

hebsdeki-nida-ciya-qezet-verilmir
Oxunma sayı: 635


Məsələ ilə bağlı Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Qurumun sözçüsü Mehman Sadıqov Elitar.Az-a qəzet verilməsində problem olmadığını bildirdi: “Məhbuslara qəzetlərin verilməsi ilə bağlı hər hansı problem yoxdur. Onlara bizim tərəfdən 15-dən çox nəşr verilir, eyni zamanda abunə olduqları nəşrlər də çatdırılır. “Yeni Müsavat” qəzetinin onlara çatmaması ola bilsin ki, poçtda yaranmış problemdir”.

Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının 7 üzvü - Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Rəşad Həsənov həbs olunub. Beynəlxalq “Amnesty İnternational” təşkilatı gəncləri vicdan məhbusu elan edib.