Hərbi Prokurorluqda Heydər Əliyevlə bağlı - - Konfrans

herbi-prokurorluqda-heyder-eliyevle-bagli-
Oxunma sayı: 941


Hərbi Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev konfransda məruzə ilə çıxış edərək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin müasir Azərbaycan tarıxindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlar barədə ətraflı məlumat verib. X.Vəliyev Vətən qarşısındakı xidmətləri ilə əbədiyaşarlıq qazanmış ulu öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsi istiqamətində Respublika Hərbi Prokurorluğunda bir çox işlərin görüldüyünü qeyd edərək bildirib ki, Respublika Hərbi Prokurorluğunun inzibati binasında Heydər Əliyev irsinin araşdırılması məqsədi ilə müasir elektron kitabxana yaradılıb.