“Həyat yoldaşım nə deyirsə, onu edirəm”- - Sevda

heyat-yoldasim-ne-deyirse-onu-edirem-
Oxunma sayı: 6262


Müğənni Sevda Sanaliyevanın “Qafqazinfo”ya müsahibəsi:

- Yaradıcılıq fəaliyyətiniz davam edirmi? Yoxsa ana olmağınızla bağlı fasilə vermisiniz?

- Çətin hamiləlik keçirirəm. Lakin yaradıcılıq fəaliyyətimi bacardıqca davam etdirirəm. Hazırda daha çox istirahətə üstünlük verirəm. 

- Keçən ilin sonlarında sizi şantaj etdikləri ilə bağlı məlumat vermişdiniz. O məsələ necə bitdi?

- Keçən ilki hadisələr keçən ildə qaldı. İndi yeni həyata yeni qərarlarla başlamışam. İnşallah xeyirlisi olar. 

- Gizli ailə qurmağınıza səbəb nə idi?

- Əslində ailəni gizli qurmadım. Yaxınlarım, dostlarım və sənət dostlarım yanımızda idilər. Mən də, yoldaşım da toyumuzun efirdə yayımlanmasını və qəzetlərdə, saytlarda yazılmasını istəmədik. Özəl həyatımızın müzakirə olunmasının tərəfdarı deyilik. 

-  Bir az ailə həyatınızdan danışın.

- Ailə həyatımız normal keçir. Hamıda necədirsə, bizdə də elədir. Heç bir qeyri-adilik yoxdur. 

- Həyat yoldaşı Sevdaya hansı qadağaları qoyub?

- Həyat yoldaşım mənə qadağa qoymur. Əslində mənə qadağa qoymasına ehtiyac yoxdur. O nə deyirsə, edirəm. İstəmədiyi heç nəyi etmirəm. 

- Sevda xoşbəxtdirmi?

- Şükür Allaha ki, xoşbəxtəm. Bütün xanımlara xoşbəxt olmağı arzulayıram. 

- Analıq necə hisdir?

- Hələ ki, özümü ana kimi hiss etmirəm, çünki tezdir. Övladıma nəsə olar deyə daha çox həyəcan və qorxularım var. Təki salamatçılıq olsun. 

- Körpənizin cinsiyyəti bəllidirmi? 

- Cinsiyyəti hələ bəlli deyil. Qız və ya oğlan olmasının fərqi yoxdur. Əsas salamat və xeyirli övlad olsun. Allah bilən məsləhətdir.

-  Evləndikdən, ana olduqdan sonra həyatınızda nələr dəyişdi?

- Ailəli olmaq, ana olmaq hər ikisi məsuliyyət deməkdir. Hər şeyə, danışığıma, hərəkətlətimə daha çox diqqət edirəm. 

- Modanı izləyirsinizmi? Geyim seçərkən nələrə diqqət edirsiniz?

- Dəb mənim üçün mənə yaraşan geyim deməkdir. Amma dəblə uyğunlaşmağa da çalışıram. Kilo aldığım üçün nə geyinsəm, özümə yaraşdırmıram. Ona görə də geyim seçmirəm. 

- Rəqqasə olmaq çətindir, yoxsa müğənni?

- Rəqqasə olmaq müğənni olmaqdan daha çətin idi. Amma müğənnilik də asan deyil.  İnsanların qəlbinə yol tapmaq, seçdiyin, oxuduğun mahnıların sevilməsi çox vacibdir. Əsas da insanların qəlbində qalmağı bacarmalısan.  

- İncəsənət adamları hər zaman birmənalı qarşılanmayıb. Sizcə buna səbəb nədir?

- Meşə çaqqalsız olmur. Hər işdə olduğu kimi bizim sənətdə də pisi və yaxşısı var.  Buna görə hamıya eyni gözlə baxmaq düzgün deyil. 

- Ananızın xərçəng olduğunu söyləmişdiniz. İndi səhhəti necədir?

- Anamın böyrəyində xərçəng var idi. Əməliyyatla götürdülər. Hazırda vəziyyəti ağır olaraq qalır. Allaha anama  şəfa versin. Bütün anaları övladlarına bağışlasın.Amin...

Könül