“Heydər Əliyev 95” kompozisiyası təqdim olunub - Fotolar+ Video

heyder-eliyev-95-kompozisiyasi-teqdim-olunub
Oxunma sayı: 1938

Heydər Əliyev Mərkəzinin binası üzərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə hazırlanmış video instalyasiya təqdim edilib.

Heydər Əliyev Mərkəzindən “Qafqazinfo”ya verilən xəbərə görə, Bakının simvollarından biri, dünyanın modern memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilən kompozisiya müasir Azərbaycanın memarı olan Heydər Əliyevin Azərbaycana bağlılığını, ölkəmizdəki tərəqqini və ulu öndərə xalq məhəbbətini əks etdirib.

“Xalq Heydər söyləyəcək” mahnısı ilə müşayiət olunan video instalyasiya Azərbaycan Respublikasının bayrağı, mərhum prezident Heydər Əliyevin fotoları və müasir Azərbaycanın fotolarından ibarət olub.