Hollandiya yığmasında yeni baş məşqçi

hollandiya-yigmasinda-yeni-bas-mesqci
Oxunma sayı: 640

“Qafqazinfo”nun verdiyi məlumata görə, Bert van Merveykin postunu Lui van Qaal tutub.
60 yaşlı van Qaal avqustun 1-dən rəsmən fəaliyyətə başlayacaq. Təcrübəli mütəxəssis 2014-cü ildə Braziliyada keçiriləcək Dünya Çempionatının sonunadək vəzifəsində qalacaq.
Lui van Qaal daha əvvəl 2000-2002-ci illərdə Hollandiya yığmasını çalışdırıb. Lakin onun rəhbərliyi altında “narıncılar” DÇ 2002-yə vəsiqə qazana bilməyib və van Qaal istefaya göndərilib.
Hollandiyalı çalışdırıcı karyerası ərzində “Ayaks” (Hollandiya), “Barselona” (İspaniya - 2 dəfə), Hollandiya yığması, “AZ Alkmaar” (Hollandiya) və “Bavariya”ya (Almaniya) rəhbərlik edib. Van Qaal “Ayaks”la 3 dəfə Hollandiya çempionluğunu, UEFA Çempionlar Liqasını, UEFA Kubokunu, UEFA Superkubokunu, Qitələrarası Kuboku, “Barselona” ilə 2 dəfə İspaniya çempionluğunu, İspaniya kubokunu, UEFA Superkubokunu, “AZ Alkmaar”la Hollandiya çempionluğunu, “Bavariya” ilə Almaniya çempionluğunu və Almaniya kubokunu, UEFA Çempionlar Liqasının gümüş medalını qazanıb.

Ceyhun Əhmədov