“I Avropa Oyunları” açıq loqotip müsabiqəsi başladı

i-avropa-oyunlari-aciq-loqotip-musabiqesi-basladi
Oxunma sayı: 646

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumatıa görə, əsas şərtlər belədir:

- Müsabiqədə dizayn qrafikası sahəsində peşəkar və ya həvəskar olaraq
fəaliyyət göstərən hər bir şəxs iştirak edə bilər.
- İştirakçılara yaş məhdudiyyəti qoyulmur.
- Bir müəllif ən çox 5 iş təqdim edə bilər.
- Təqdim edilən işlər müsabiqənin mövzusuna uyğun olmalıdır.
- Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud
loqotiplərin elementlərini təkrarlamayan loqotiplər təqdim
edilməlidir.

Təqdim olunan loqotiplər aşağıdakılardan ibarət olmalıdır:
- loqotipin ağ-qara həlli
- loqotipin rəngli həlli
- loqotipin rastr qrafik versiyası (*jpeg, *png (ölçüsü 500 kb az
olmamaq şərti ilə))
- loqotipin vektor versiyası (*eps, *ai, *cdr (12-ci versiya))

- Təqdim olunan işlər və ərizə forması 23 fevral 2013-cü il tarixə
kimi elektron formada həm müsabiqənin [email protected] elektron poçt
ünvanına, həm də Təşkilat Komitəsinə (cd-r, dvd-r) göndərilməlidir.

Müsabiqənin mükafat fondu aşağıdakı qaydada müəyyənləşdirilib:

- I yer - 5000 AZN
- II yer (laureat) - 3000 AZN
- III yer (laureat) - 2000 AZN

Müsabiqənin Əsasnaməsini, ərizə formasını və daha ətraflı məlumatı
www.mys.gov.az internet saytından əldə etmək olar.