İcazəsiz ova cəhd edən 3 nəfər saxlanıldı

icazesiz-ova-cehd-eden-3-nefer-saxlanildi
Oxunma sayı: 1127

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Neftçala rayonunun Uzunbabalı kəndi ərazisində müvafiq icazə olmadan ova cəhd edən 3 nəfər saxlanılıb. 

"Qafqazinfo"ya daxil olan məlumata göə, araşdırma zamanı ova cəhd edənlərin Səudiyyə Ərəbistanı Krallığının vətəndaşları Abdulrahman Fahad A Almehemid, Nasser Saleh H Alnuuayser, Fahad Sulaiman İ Alhumaid olduğu məlum olub. Onlardan 3 ov tüfəngi, 50 patron götürülüb.

Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.