İcra başçısı bayram şənliyində - Fotolar

icra-bascisi-bayram-senliyinde
Oxunma sayı: 1840

Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə bayram şənliyi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bayram tədbirində Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rayon sakinlərini təbrik edərək qeyd edib ki, Novruz xalq bayramıdır. Asif Əsgərov xüsusi vurğulayıb ki, öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğinə böyük önəm verən Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb. 

Bayram şənliyində tanınmış incəsənət ustaları çıxış etdilər,rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdiriblər. Kosa, Keçəl, Bahar qız və Dədə Qorqud tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Tədbirin sonunda atəşfəşanlıq olub. Bayram tədbirləri 20-21 mart tarixlərində rayonun 3 Sahə İnzibati Ərazi Dairələrinin hər birinin inzibati ərazilərində davam etdiriləcək.