İcra başçısı Şadlıq Evinin açılışında iştirak edib

icra-bascisi-sadliq-evinin-acilisinda-istirak-edib
Oxunma sayı: 2690

Füzuli rayon icra başçısı Alı Alıyev şadlıq evinin açılışında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, Böyük Bəhmənli kəndində sahibkar tərəfindən şəxsi vəsait hesabına tikilən “Bəhmənli” şadlıq evinin açılışında bildirilib ki, ümumi sahəsi  2 hektar, tikinti sahəsi 800 kvm, 650 nəfər tutumu olan şadlıq evi Böyük Bəhmənli kənd sakinləri ilə yanaşı rayonun digər yaşayış məntəqələrindən olan əhaliyə də xidmət edəcək. Şadlıq evi ən müasir dizaynla inşa edilib, ərazisində 500-dək ağac və gül kolları əkilib, abadlıq işləri görülüb. Obyektdə ilkin mərhələdə 35 nəfər işlə təmin olunması nəzərdə tutulub. 

Alı Alıyev açılış mərasimində prezident İlham Əliyevin respublikada iş adamlarına, sahibkarlara yaratdığı şəraitdən danışıb. Bildirib ki, hazırda yüzlərlə şəxs Füzuli rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, yeni iş yerləri açır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər.