“İki ay əvvəl boşanmışam, subayam”

iki-ay-evvel-bosanmisam-subayam
Oxunma sayı: 3466

Bir neçə gün bundan əvvəl sosial şəbəkədə həyat yoldaşı Cəmildən ayrıldığını elan edən müğənni Sevda Sanəliyeva “Hər şey daxil” porqramında qonaq olub. “Qafqazinfo” xəbər verir ki, ifaçı boşanmağı barədə canlı yayımda ilk dəfə danışıb.

Sevda qeyd edib ki, iki ay əvvəl rəsmi olaraq ayrılıb: “İnstaqramda yazdım ki, hamı bilsin. Məni məcbur edən səbəb var idi. İnsanların öz problemləri var. Heç kim boşanmaq üçün ailə qurmur. Xoşbəxt olmaq istəyirik. Ailə bitib, bu barədə çox danışmaq lazım deyil. İki mədəni insan kimi ayrıldıq. Allah onun və mənim yolumu açıq etsin. Hər kəs öz həyatını yaşayacaq. Övladlarımın atasıdır, onları görə bilər. İki ay əvvəl boşanmışam, indi subayam”.