İki gənclər təşkilatı layihəsinə yekun vurdu

iki-gencler-teskilati-layihesine-yekun-vurdu
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, əsasən gənclərə yönələn təlim kursu qaçqın və məcburi köçkün vəziyyətində yaşayan, həmçinin keçmişdə bu statusu daşımış yeniyetmələr, gənclər və gənc ailələr üçün keçirilib. Layihənin əsas məqsədi gənclər arasında məlumatlılığın artırılması, xüsusilə də qaçqın və məcburi köçkün vəziyyətində yaşayan gənclər arasında insan hüquqlarının bərqərar olunmasına kömək edilməsi və sülh quruculuğuna yönəlmiş geniş bir şəbəkənin yaradılmasıdır. Layihə çərçivəsində yay ayları ərzində yaş həddi 15-20 arası olan 120 gənc sülh quruculuğu və hüquqları mövzusunda 5 günlük təlimdə iştirak edib. Təlimləri beynəlxalq təcrübəyə malik olan mütəxəssislər keçib. Layihənin gedişində iştirakçılar arasında qruplarla iş, debatlar, seminarlar, təcrübi və rol oyunları təşkil edilib.

Digər bir gənclər təşkilatı “Təşəbbüs” Xeyriyyə İctimai Birliyi “Şahdağ” Ekoturizm Məktəbi layihəsini yekunlaşdırıb. Layihə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub.

Layihə çərçivəsində Ekoturizm Məktəbinin İşçi Qrupu formalaşdırılıb, onun iştirakı ilə layihənin fəaliyyət planı müəyyənləşdirilib. Həmçinin təbliğat materiallarının hazırlanması, ekspertlərin cəlb olunması və Ekoturizm Məktəbinin iştirakçılarının seçimi həyata keçirilib.
Layihənin əsas hissəsi 6 günlük interaktiv təlim kursu formatında baş tutub. Belə ki, 80 nəfər seçilmiş iştirakçı bu müddət ərzində Azərbaycanın bölgələrindən birində xüsusi dəvət olunmuş peşəkar ekspert və təlimçilər tərəfindən müəyyən biliklərə yiyələniblər.