İki ölkə arasında böhran, bütün əlaqələr donduruldu

iki-olke-arasinda-bohran-butun-elaqeler-donduruldu
Oxunma sayı: 4645

Səudiyyə Ərəbistanı Kanadanın Riyaddakı səfirini arzuolunmaz şəxs elan edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyənin Xarici İşlər Nazirliyi ölkəni tərk etməsi üçün diplomata 24 saat vaxt verib. 

Bundan başqa, Səudiyyə Kanadayla bütün ticari əlaqələrini dondurduğunu elan edib. 

XİN bu addımı Kanadanın ölkənin daxili işlərinə qarışması ilə əlaqələndirib. Söhbət Səudiyyə Ərəbistanında bəzi fəalların saxlanılmasından gedir. Belə ki, ötən həftə Kanada XİN-i tvitter hesabında Səudiyyə hökumətini həmin fəalları azad etməyə səsləmişdi.