İlhamə Quliyeva küsüb

ilhame-quliyeva-kusub
Oxunma sayı: 1640


“Qafqazinfo” gecce.az-a istinadən xəbər verir ki, aktyorun xoş günündə illərdir küsülü olan xalq artistləri İlhamə Quliyeva və Flora Kərimova da iştirak ediblər. Əldə etdiyimiz məlumata görə, məclisdə xalq artistləri arasında ayrı-seçkilik yaşanıb. Belə ki, ev sahibinin İlhamə Quliyevadan öncə Flora Kərimovaya söz verməsi xanım Quliyevanı özündən çıxardıb. O, bu hadisə ilə barışmayıb məclisi yarımçıq tərk edib.

Flora Kərimovaya İlhamə Quliyevadan öncə söz verilməsinin səbəbi isə xanım Kərimovanın toya ondan öncə gəlməsi olub. Toy sahibi isə adət-ənənəyə uyğun olaraq bu addımı atıb.

İlhamə Quliyevadan fərqli olaraq, Flora Kərimova sonadək məclisdə iştirak edib.