“İlin qalibləri” onlar oldu - Fotolar

ilin-qalibleri-onlar-oldu
Oxunma sayı: 1349

İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2018” layihəsi üzrə mükafatçıları müəyyənləşib. 

“Qafqazinfo” xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə mükafatçıların təltif olunmasına start verilib: 

-İlin idman xadimi: Fərid Qayıbov;


 
-İlin idman yarışı: Cüdo üzrə dünya çempionatı;
 
-Media ilə sıx və səmərəli əməkdaşlığa görə: Nigar Arpadarai (Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Şöbəsinin rəhbəri);
 
-“Təmiz İdman” mükafatı - Azərbaycan Milli Antidopinq Agentliyi;
 
-“Böyükağa Hacıyev mükafatı” - Samir Abasov (“Sumqayıt” / “Zirə” klubunun baş məşqçisi);


 
-2017-2018 mövsümünün futbolçusu - Cavid İmamverdiyev (“Sumqayıt” / “Sabah”);


 
-İlin futbolçusu - Mirabdulla Abbasov (“Neftçi”);


 
-İlin əcnəbi futbolçusu - Donald Gerrye (“Qarabağ”);


 

-İlin baş məşqçisi - Qurban Qurbanov (“Qarabağ”);


 
-İlin idmançısı - Eldəniz Əzizli (yunan-Roma güləşi).

Elsevər Məmmədov

Fotolar: Pərvin Zeynal