İlk “Apple” kompüteri villa dəyərinə satıldı

ilk-apple-komputeri-villa-deyerine-satildi
Oxunma sayı: 1941

Stiv Cobs və Stiv Vozniakın hazırladığı, modern zamanın ilk kompüterlərindən olan “Apple-1” hərraca çıxarılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, kompüter 375 min dollara satılıb. Onlayn alış-veriş zamanı “Apple-1”ə adı açıqlanmayan cütlük sahib ola bilib. 

Qeyd edək ki, 1970-ci illərin ortalarında təqribən 200 ədəd istehsal edilən “Apple-1” adlı kompüterlərdən 79-u indiyədək mövcudluğunu qoruyub saxlayır.