“İnanırdıq ki, Rəşad qayıdacaq” - Həyat yoldaşı+Foto

“İnanırdıq ki, Rəşad qayıdacaq”
Oxunma sayı: 10432

Şəhid pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova dəfn mərasimindən sonra jurnalistlərə qısa açıqlama verib. 

“Qafqazinfo” xəbər verir ki, o bildirib ki, Rəşadın qayıdacağına inanırmış: “Rəşadın məğrurluğu, şücaəti bizə güvən verirdi ki, Rəşad sağ-salamat evinə, övladlarının yanına qayıdacaq. 

Təəssüf edirik ki, arzumuz, xəyallarımız baş tutmadı. O, mərd və vətənini sevən, gözəl qəlbli və təmiz, pak hisslərlə yaşayan bir insan idi. Onun iki gül balası da adını layiqincə davam etdirəcək və ölkəmizə layiqli, vətənpərvər bir övlad kimi yetişəcəklər”.

Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov şəhidin tabutunun üzərinə salınmış bayrağı onun həyat yoldaşına təqdim edib.

Günel Türksoy

Foto: Nuran Məmmədov











Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi