İngiltərənin Xarici İşlər naziri Suriyadakı vəziyyətdən danışıb

ingilterenin-xarici-isler-naziri-suriyadaki-veziyyetden-danisib
Oxunma sayı: 636

“Azerimuslims.com” Türkiyənin “Sabah” qəzetinə istinadən bildirir ki, İngiltərənin Xarici İşlər naziri Uilyam Haq Suriyada “Annan sülh planı”nın həyata keçirilməsinin qeyru-mümkün olacağı təqdirdə sözügedən ölkəyə hərbi müdaxilə də daxil olmaqla bütün ehtimalları nəzərdən keçirəcəklərini deyib.

BBC radiosuna müsahibə verən Uilyam Haq Suriyada vəziyyətin getdikcə pisləşdiyini bildirib. Ölkədəki böhrana son qoymaq üçün təcili tədbirlər görmənin vacibliyini qeyd edən nazir “Annan planı”nın tamamilə uğursuz olduğunu hələlik iddia etmədiklərini, ancaq Suriyaya hərbi müdaxilə ediləcəyi təqdirdə bunun təsirlərinin Liviyadakından daha çox olacağını vurğulayıb.

Bu arada Almaniyanın Baş naziri Angela Merkel Suriyada vətəndaş müharibəsinin baş verməməsi üçün bütün ölkələri “baş sındırmağa” çağırıb.