İnsan hüquqları ilə bağlı 4 kitab

insan-huquqlari-ile-bagli-4-kitab
Oxunma sayı: 716

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Hüquqşünasları Konfederasiyası və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən, “Qaçqın statusunun müəyyənləşdirilməsi prosedurları və meyarları üzrə təlimat”, “Qaçqınların statusuna dair Konvensiya və Protokol”, “Qaçqınlar, sığınacaq axtaran şəxslər və vətəndaşlığı olmayan şəxslərlə bağlı Qanunvericilik Toplusu” ”Qaçqınların beynəlxalq himayəsi - yaddaş kitabçası” yaxın günlərdə kütləvi tirajla nəşr olunacaq. Azərbaycan Respublikasının da qaçqın və məcburi köçkün problemini nəzərə alaraq qeyd olunan nəşrlərin hüquq – mühafizə orqanları, məhkəmələr və o cümlədən geniş oxucu auditoriyyasında pulsuz olaraq yayılması nəzərdə tutulur. Vəsaitlərin nəşr olunmasında əsas məqsəd, “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrasına ictimai dəstəyin təmin olunması, insan hüquq və əsas azadlıqlarının ayrılmaz tərkib hissəsi olan qaçqınların, miqrantların, sığınacaq axtaran şəxslərin, vətəndaşlığı olmayan şəxslərin hüquqlarının daha da səmərəli müdafiəsi mexanizmlərinə nəzəri yardım etməkdir.

Nəşrlərin məsləhətçiləri: Hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri Əli Hüseynli, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının idarə heyətinin üzvü Çingiz Əsgərov, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin Hüquq şöbəsinin müdür müavini Bela İsmayılova, Redaktoru Hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Hüquqşünasları Konfederasiyasının Baş katibi, AMEA-nın İnsan Hüquqları Elmi Tədqiqat İnstitutunun Vətəndaş və siyasi hüquqlar şöbəsinin müdiri Nadir Adilovdur.