İnternet ucuzlaşıb

internet-ucuzlasib
Oxunma sayı: 644

“Qafqazinfo” xəbər verir ki, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 0,5 faiz ucuzlaşıb, tranzit üzrə 1,8 faiz, yerli əlaqə üzrə 11,7 faiz, ixrac üzrə isə 33,3 faiz bahalaşıb. Ay ərzində MDB ölkələrinə sərnişindaşıma tarifləri 5,8 faiz ucuzlaşıb.
Ay ərzində boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 1,1 faiz bahalaşıb.

Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri uyğun olaraq 1,3 və 2,3 faiz, digər xarici ölkələrə sərnişindaşıma tarifləri isə 9,3 faiz ucuzlaşıb.

Poçt və kuryer sahəsində sürətli poçt xidmətlərinin tarifləri 5,1 faiz bahalaşmış, rabitə sahəsində isə internet rabitəsi xidmətlərinin tarifləri 0,9 faiz ucuzlaşıb.