İran nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib

iran-numayende-heyeti-fexri-xiyabani-ziyaret-edib
Oxunma sayı: 1241

Fevralın 23-dən 27-dək Mədəniyyət və Turizm Nazirliyi və İranın ölkəmizdəki səfirliyinin Mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda İran kinosu günləri keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu məqsədlə ölkəmizdə səfərdə olan İran İslam Respublikası Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 22-də Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət etdi. Ulu öndərin xatirəsi ehtiramla yad olundu, məzarı önünə gül dəstələri düzülüb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anıldı, məzarı üzərinə tər güllər qoyulub.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.