İranda güclü zəlzələ olub

iranda-guclu-zelzele-olub
Oxunma sayı: 1803

İranın cənubunda 4,7 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar Bəndər-Abbas şəhərindən 58 km şimal-şərqdə, 40 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barəsində məlumat daxil olmayıb.