İranda toqquşma - 8 ölü, 4 yaralı

iranda-toqqusma
Oxunma sayı: 644

İranın Miriave şəhəri yaxınlığında sərhəd polisi və cinayətkərlar arasında toqquşma baş verib.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, toqquşma nəticəsində 8 İran sərhədçisi həlak olub, 4-ü isə yaralanıb.

Qeyd edək ki, İranın cənub-şərqində təhlükəsizlik qüvvələri və cinayətkarlar, narkotik qaçaqmalçıları arasında mütəmadi olaraq toqquşmalar baş verir.