İraqda Şumerlərə məxsus liman tapılıb

iraqda-sumerlere-mexsus-liman-tapilib
Oxunma sayı: 1296

İraqın cənub-şərqində yerli və italiyalı arxeloqlardan ibarət komanda tarixi liman aşkar edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sapiença” Uniersitetinin saytında məlumat yayılıb.

Məlumata əsasən, arxeoloqlar Ən-Hasiriya şəhəri yaxınlığında apardıqları qazıntılar zamanı ən qədim limanlardan birinin qalıqları aşkar ediblər.

Sözügedən limanın eramızdan əvvəl 3-cü min illiyə aid olduğu deyilir.

Tapıntılar barəsində təqdimat martın 21-də Romada keçiriləcək.