İş adamları Bakıda toplandı

is-adamlari-bakida-toplandi
Oxunma sayı: 811


 “Qafqazinfo”nun AzərTac-a istinadən verdiyi xəbərə görə, iqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevin qurultay iştirakçılarına məktubunu oxuyub.

İdarəetmə orqanlarının yaradılması, o cümlədən qurultayın rəyasət heyətinin, mandat komissiyasının, redaksiya heyətinin seçilməsi ilə əlaqədar ASK-nın baş katibi Məmmədəli Əfəndiyev təşkilat komitəsinin təklifini vermiş, qurultayın gündəliyi təsdiq olunub. 

Qurultayda ASK-nın son 4 ildəki fəaliyyəti, həyata keçirilən tədbirlər, nəzarət-təftiş komissiyasının hesabatı, idarə heyətinin və rəyasət heyətinin yeni tərkibi, qurumun prezidenti və vitse-prezidentlərinin, nəzarət-təftiş komissiyası sədrinin seçilməsi, “Biznes Həyatı” jurnalının nəşri və s. məsələlər müzakirə olunacaq.