İşçiləri Murad Bozu məhkəməyə verdi

iscileri-murad-bozu-mehkemeye-verdi
Oxunma sayı: 2222

Pop ulduz Murad Bozun xoreoqrafı Ceren Yılmaz və rəqqası Mertkan Tapan məhkəməyə müraciət edib. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, vəkil Gökhan Alpertunganın məhkəməyə təqdim etdiyi müraciətdə hər iki şəxsin 2007-ci ildən müğənni ilə əməkdaşlıq etdikləri yazılıb. 

Bildirilib ki, qonorar müqabilində çalışan iki şəxsin siğorta ödənişləri həyata keçirilməyib. Müraciətdə Bozun işçilərin hüquqlarının pozması barədə məlumat qeyd edilib. 

Bundan əlavə, araşdırma zamanı Ceren Yılmazın 910 gün, Mertkan Tapanın 1231 gün siğortasız çalışdığı məlum olub. 

Murad buna etiraz olaraq İstanbul Bölgə Dəliyyə Məhkəməsinə müraciət edib.