İŞİD-in 2012-ci ildə qaçırdığı britaniyalı jurnalist sağdır - “Guardian”

isid-in-2012-ci-ilde-qacirdigi-britaniyali-jurnalist-sagdir
Oxunma sayı: 1131

Suriyada 2012-ci ildə İŞİD terror qruplaşması tərəfindən oğurlanan britaniyalı jurnalist Con Kentlinin sağ olduğu açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Guardian” Böyük Britaniya DİN-in bəyanatına istinadən məlumat yayıb. 

Nəşr yazır ki, Britaniya DİN-nin təhlükəsizlik məsələləri üzrə rəhbərinin müavini Ben Uolles təfərrüatları açıqlamaqdan imtina edib. O, terrorçuların hazırda jurnalisti harada saxladıqlarını da bildirməyib. 

Qeyd edək ki, "The Sunday Times”ın fotomüxbiri Con Kentli 2012-ci ilin iyulunda girov götürülüb.