İsmayıl Ömərovun nəvəsi ilə bağlı kampaniya başladı

ismayil-omerovun-nevesi-ile-bagli-kampaniya-basladi
Oxunma sayı: 648

“Ömər və Suadanın duetinə də çox gözəl baxıram. Kiçik yaşda böyük səhnədə ilk dəfə olmalarını, minlərcə auditoriyanın qarşısında çıxışlarını nəzərə alıb demək istərdim ki, onlar bizim kiçik qəhramanlarımızdırlar. Bir sənət adamı kimi onları dəstəkləyirəm. Unutmayaq ki, Avroviziya mahnı yarışmaları yalnız perfomansla nəticələnmir, onun siyasi tərəfi də öz təsirini mütləq güstərir”.

Müğənni bildirib ki, Avropanın məşhur müsabiqəsinə Azərbaycanın ev sahibliyi etməsi, əlbəttə, hər kəsin ürəyincə deyildi, kimlərisə bu hadisə mütləq qıcıqlandırdı: “Ömər və Suadanın iştirakının nəticəsinə də düşünürəm ki, bu məqam təsir edib, səs verən ölkələr eyni ildə təkrarən bizim çox səs toplamağımıza bir mənalı baxmayıblar. Amma müsabiqənin gedişatı zamanı mehz favorit mahnılardan qruplardan biri bizlər idik. Uşaqlarla çalışan bütün komandaya təşəkkür edirəm, sevimli vokal pedaqoqumuz Mziya Gambaşidzeyə zəhmətlərinə görə ayrıca təşəkkür edirəm. Bir daha istedadlı Öməri və Suadanın çıxışlarını yüksəkqiymətləndirirəm. Ümumilikdə kiçik yaş uşaqlarımızın muasir səhnə perfomanslarının inkişafi üçün professionallar bir araya gəlməlidirlər, bir mərkəzin olmasını düşünürəm”.

Qeyd edək ki, son günlər mətbuatda, o cümlədən “Qafqazinfo”da İTV-nin direktoru İsmayıl Ömərovun uşaqlar arasında keçirilən Eurovision müsabiqəsinə nəvəsi Ömər Sultanovu göndərməsi barədə bir sıra məlumatlar dərc olunub və bu xəbər ictimaiyyətdə birmənalı qarşılanmayıb.