İsveçdə hava limanında bomba həyəcanı

isvecde-hava-limaninda-bomba-heyecani
Oxunma sayı: 652

İsveçin Höteborg şəhərindəki Landvetter Aeroportu şübhəli çanta səbəbindən qismən boşaldılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveç Nəqliyyat Təhlükəsizlik İdarəsi məlumat yayıb.

Təşkilatın sözçüsü Anders Porelius hava limanının çıxışında tapılan şübhəli çanta səbəbindən bomba həyəcanı verildiyini açıqlayıb. O, çantanın içində partlayıcının hazırlanmasında istifadə olunan bəzi şübhəli maddələr olduğunu bildirib.

İsveç dövlət televiziyası xəbərinə görə, polis aeroportunun ətrafını 200 metrə qədər təhlükəsizlik zolağı ilə bağlayıb. Ərazidə bomba zərərsizləşdirmə qrupları işə başlayıb.