İtaliyada “Fikrini dəyişmək normaldır” adlı sərgi açılıb

italiyada-fikrini-deyismek-normaldir-adli-sergi-acilib
Oxunma sayı: 834

Yanvarın 20-də İtaliyanın Bolonya şəhərində “Fikrini dəyişmək normaldır” (It’s ok to change your mind) adlı sərgi açılıb. 

“Qafqazinfo” xəbər verir ki, martın 18-dək davam edəcək və “İyirmi bir rus baxışı” devizi altında keçirilən sərginin kuratorları Lorenso Balbi və Suad Qarayeva-Malekidir. Sərgidə “Qazprombank”ın kolleksiyasından 21 rus rəssam və fotoqrafın əsərləri nümayiş olunur.

İtaliyanın «Koryere di Bolonya» qəzetində Pyero Di Domenikonun sərgi haqqında təəssüratları dərc olunub. Yazıda qeyd edilir ki, XX əsrin 90-cı illərinin əvvəllərində rus avanqard janrında geniş yayılmış və «Mamboda inqilab» adlı sərginin əsərlərində aşkar hiss olunan hüquq bərabərliyinə olan güclü meyl yüz il sonra sadəcə boğulmuş səs kimi görünür. Qırx altı yaşlı Yelena Kovılinanın əsərlərindən birini anladan “Egalite” adlı sənədli filmdə göstərildiyi kimi, fərqli yaşlara, irqlərə və peşələrə aid kişi və qadınlar bir sıraya düzülüblər, onların boy fərqi isə ayaqları qeyri-bərabər uzunluqda kəsilmiş kətillərlə kompensasiya olunub.

Məhz kətillərin ayaqları sayəsində həmin kişi və qadınların başları ideal bərabərlikdə sıralanıb ki, bu da aldadıcı xarakterə malikdir. Sanki Moskvada və onun ətrafında yağış ancaq sınmış kətillərə yağır. Bu kadr ilə Via Saraqossa 228/230 ünvanındakı “Qızılgüllər küçəsi” (Nyu-York şəhərində dəbli qadın geyimləri və bahalı restoranlar olan məşhur küçə) adlı məşhur cərəyanın əsasını qoyan müasir rus incəsənətinə həsr olunmuş ekspozisiya açılır.

Müəllif bildirir ki, sərgi keçmişlə hesablaşmaq, eləcə də Bolonya Muzeyləri Birliyinin prezidenti Roberto Qrandinin dediyi kimi, “əslində az məlumatlı olduğumuz mədəniyyət sahəsindəki fəallığı qiymətləndirmək” üçün “inqilab”ı gedib görmək lazımdır”. XVII əsrə aid olan və istirahət üçün nəzərdə tutulmuş binanın iki mərtəbəsində rəsm əsərləri, fotoşəkillər, heykəllər və s. nümayiş olunur.