İvanişvili Prezident Administrasiyasında - Video+Fotolar

ivanisvili-prezident-administrasiyasinda-videofotolar
Oxunma sayı: 643

Bu gün Azərbaycana səfərə gələn Gürcüstanın baş naziri Bidzina İvanişvili prezident İlham Əliyevlə görüşüb. “Qafqazinfo”nun məlumatına görə, artıq baş nazir görüşdən fotolarını “facebook” səhifəsində paylaşıb.

Görüşdə tərəflər ikitərəfli münasibətlər və əməkdaşlığı daha da dərinləşdirmək və gələcək perspektivləri müzakirə ediblər. Baş nazir və prezident İlham Əliyev enerji ixracı mövzusuna da toxunublar.

Qeyd edək ki, Bidzina İvanişvilini hava limanında Gürcüstanın Baş naziri Bidzina İvanişvilini Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Bidzina İvanişvili və Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.

***

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın Baş naziri rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabana gələrək Heydər Əliyevin və oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.