İzmirdə “Bakı parkı” açıldı

izmirde-baki-parki-acildi
Oxunma sayı: 1535

İzmir Böyükşəhər Bələdiyyəsi tərəfindən tikilən “Bakı parkı” istifadəyə verilib.

“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim də iştirak edib.

O, tədbirdə bildirib ki, Bakı və İzmir arasındakı qardaşlıq əlaqələri olduqca möhkəmdir:

“Biz əsrlərdir bir yerdəyik və əbədi olaraq da bir yerdə olacağıq. İzmirlə Bakının çox yaxşı əlaqələri var. Burada belə bir parkın açılması da bizim üçün çox dəyərlidir”.

İmir Böyükşəhər Bələdiyyəsinin sədri Əziz Qocaoğlu da öz növbəsində bu parkın bölgəyə ayrı rəng qatdığını bildirib.

Qeyd edək ki, park 2750 kv.m ərazidə inşa edilib.