Jurnalistlər üçün yeni müsabiqə

jurnalistler-ucun-yeni-musabiqe
Oxunma sayı: 645

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Mobitel (Nokia Mobile şirkətinin Azərbaycanda rəsmi distribyutoru), Caspian Telecom (HTC, Sony и Blackberry-nin Azərbaycanda distribyutoru), İnteqral (Samsung Mobile şirkətinin Azərbaycanda rəsmi distribyutoru), Sun Mobile (Fly və Birds-in rəsmi distribyutoru) Azərbaycanda “Mobil cihazların qeydiyyat sisteminin istehlakçılar üçün üstünlükləri” mövzusunda kütləvi informasiya vasitələri arasında 1-30 aprel tarixlərində müsabiqə elan edib.

“Qafqazinfo”nun məlumatına görə, müsabiqədə qəzet, jurnal, televiziya, radio, habelə internet media saytlarında yerləşdirilmiş məqalələr və reportajlar qəbul edilir. Məqalələrin qiymətləndirilməsi zamanı media-resursun Azərbaycanda nüfuzu və oxucularının sayı da nəzərə alınacaq. Müəlliflərin qiymətləndirilməsi prosesində məqalələrin sayı əlavə üstünlük hesab edilir.
Müsabiqədə iştirak üçün məqalələr 30 aprel tarixinədək [email protected] elektron poçtuna göndərilə bilər.

Müsabiqə çərçivəsində hazırlanan məqalələr aşağıdakı mövzuları əhatə etməlidir:

- IMEI kod nədir və mobil cihazların qeydiyyat sisteminin əhali üçün üstünlükləri;
- IMEI kodlar vasitəsilə saxta cihazları necə müəyyən etmək olar;
- Saxta mobil telefon alan istehlakçını hansı təhlükələr gözləyir;
- Azərbaycana idxal olunmuş mobil telefonların qeydiyyat prosedurları.

Qaliblər müsabiqənin təşkilatçılarının nümayəndələrindən ibarət Münsiflər Heyəti tərəfindən müəyyənləşdiriləcək.
Münsiflər Heyəti tərəfindən müəyyən edilmiş ən yaxşı 3 (üç) müəllif üçün Türkiyəyə səfər təşkil olunacaq. Səfər zamanı jurnalistlər bu ölkənın mobil cihazların qeydiyyat sisteminın tətbiqi üzrə müsbət təcrübə ilə tanış olmaq imkanı əldə edəcəklər. Müsabiqədə fərqlənən digər jurnalistlər də qiymətli hədiyyələrlə mükafatlandıdılacaqlar.

Nigar Məmmədli