Kəndlərdə əhalinin 98,9 faizi pensiyaların plastik kartlarla alır

kendlerde-ehalinin-989-faizi-pensiyalarin-plastik-kartlarla-alir
Oxunma sayı: 647

Fondun İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ucqar kəndlərdə pensiyaları plastik kartla alanların sayı 2873 nəfər artıb.

Hazırda kəndlərdə yaşayan əmək pensiyaçılarının 98,9 faizi, şəhərlərdə yaşayan pensiyaçıların isə 100 faizi üzrə pensiyalar plastik kartlarla ödənilir. Ümumilikdə, Azərbaycanda pensiyaçıların plastik kartlarla təminatı 99,4 faiz təşkil edir. Qeyd olunan göstərici üzrə ölkəmiz bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.

Nigar Məmmədli