“Keşlə” “Neftçi”ni məğlub etdi

kesle-neftcini-meglub-etdi
Oxunma sayı: 1620

Klublar mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirir.

“Qafqazinfo” Sportal.az xəbər verir ki, “Keşlə” İsmət Qayıbov adına təlim-məşq bazasında “Neftçi" ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

“Keşlə”nin qollarını “Neftçi”dən transfer edilən Məqsəd İsayev və Pərdis Fərcad-Azad vurublar. “Neftçi”nin yeganə qoluna Mirabdulla Abbasov imza atıb.