Kim Kardaşyan – ateizmin porno ulduzu

kim-kardasyan-ateizmin-porno-ulduzu
Oxunma sayı: 3744

Lakin məni nə Azərbaycanda ildırım sürəti ilə artan pornoqrafiya, nə də yaxın zamanlarda gözlənilən “İsveç ailəsi” maraqlandırır. Məni maraqlandıran porno xəbərləri verərkən bu qədər porno “ulduz”-un içindən niyə məhz Azərbaycanın İrəvan, Zəngəzur, Göyçə, Qarabağ kimi əzəli torpaqlarında özlərinə dövlət quran və minlərlə soydaşımızı qətl edən ermənilərin porno biznesdə nümayəndəsi Kim Kardashian haqqında məlumatların belə ardıcıl getməsidir.Və əgər yenə müşahidə etmisinizsə, Kardashian barəsində bir dənə belə dini qəzet, jurnal və ya xəbər portalı yazmayıb və yazmaz da. Bu porno ulduzun az qala haiz (aybaşı) vaxtını belə ana səhifələrə çıxaranlar isə millətçilikdən, vətənpərvərlikdən danışan və hər fürsətdə müsəlmanları milli hisslərinin olmaması ittihamı ilə dar agacına çəkməyə hazır olan mətbuatımızın dinsiz təbəqəsidir.

Açığı, həmin təbəqənin Kim Kardashiana bu qədər yer ayırması mənim üçün müəmmalıdır. Ya onlar Azərbaycan cəmiyyətində pornoqrafiyaya artan istək və arzuların daha da rəngarəng olması üçün bu iyrənc işə “erməni çalarları” qatmaq istəyirlər, ya da yüz illərlə uşaq, qadın demədən minlərlə soydaşımızı qətl edən ermənilərlə bizləri “azad seks” nöqtəsində barışdırmaq niyyətindədirlər.

Acı da olsa etiraf etməliyəm ki, cəmiyyətimizdə hökm sürən ateizm dəfələrlə rusların arxasında gizlənərək siyasət “yapan” ermənilərə bizləri məğlub etdirib. Əgər ateizm bir vaxtlar Zəngəzur və Göyçə kimi Azərbaycanın ən münbit torpaqlarını ermənilərə verdirib, 1905, 1915 və 1918-ci illərdə törədilən soyqırımları unutduraraq bizlərə 70 il müddətində onlara qardaş dedizdirdisə, indi çox sadə üsul ilə Qarabağı bizlərin yaddaşından silməyə çalışır. Mən hələ ermənilərin ateizm vasitəsi ilə millətimizə etdikləri digər tarixi cinayətləri demirəm.
Təssəvvür edin, cəmiyyətimizdə olan ateist mətbuat işçiləri bir milyon qaçqını olan, 20% topaqları erməni işğalı altında inildəyən, 1988-1993-cü illərdə 5 mindən çox şəhid verən bir millətin şəxsiyyətinə, yumşaq desək, nə qədər laqeyddirlər ki, Kardashianın “yataq vəziyyətləri”-ni xəbər olaraq Azərbaycan mətbuatına çıxarırlar. Və ən qəribəsi isə sonra da bu insanların müsəlmanları milli hisslərinin olmaması ilə ittiham etməsidir.
Ateizm insan xislətinə zidd olduğu kimi vicdan anlayışını da rədd edər. Ateizm haqqında dəfələrlə yazdıqlarımı bir daha təkrarlamaq istəyirəm. Ateizm bəyan edir ki, insan insan deyil, "kamil heyvan"-dır "(I homme machine). “İnsan və heyvan arasındakı fərq, insanın keyfiyyəti deyil, keçid mərhələsindədir. İnsanın xüsusi bir mahiyyəti yoxdur”- deye Jon Vatson yazır (John Watson, “İnsan və heyvan arasında sərhəd yoxdur- No Dividing line between Man and Brute”, 1913-cu il, seh.158). Albert Kamus da "İnsan heyvan olmaq istəməyən heyvandır"-deyərək insanın mənəviyyatsızlaşdırılması üçün hər vasitədən istifadə edir. Digər bir ateist filosof Dietriç von Holbak isə "Təbiətin Sistemi, Mənəviyyatın Hüququ və Fiziki Dünya" (The System of Nature, or Law of Moral and Physical World) əsərində göstərir: "İnsan hərəkətlərinin tək mühərriki mənfəətidir". Gördüyümüz kimi ateizmdə “kamil heyvan” olan insanın ədalətli, əxlaqlı və vicdanlı olmasından bəhs edilmir. Çünki o insan deyil, “kamilləşən” heyvandır.

Bu yazdıqlarımla razılaşmayıb ədalətli, əxlaqlı və vicdanlı ateistlerin olduğunu söyləyənlər olacaqdır. Lakin Bosnia ve Hersoqovinyanın keçmiş prezidenti mərhum Alija Ali İzetbekoviç "İslam-Şərq və Qərb arasında" əsərində bu iddiaya dəqiq cavab verir: "Əxlaqlı ateist ola bilər, amma ateizmin əxlaqı yoxdur. Dini olmayan insanın əxlaqlı olmasının qaynağı elə dindir. Bu din keçmişdəki əski bir dindir. Və həmin dinsiz insanın bundan xəbəri belə yoxdur. Bu din mühit, ailə, ədəbiyyat, film və dini memarlıq içindən saysız-hesabsız şəkildə təsir etməkdə və işıq saçmaqdadır. Günəşin çoxdan batdığı yerdə də gecənin bütün istiliyi yenə Günəşdəndir. Ocağın söndürülməsinə rəğmən otaqdakı istilik yenə ocağın özündən oldugu kimi".

Bu baxımdan həm ateist mətbuat işçiləri tərəfindən Kim Kardashinanın “yataq vəziyyətləri”-nin xəbərlərə çıxarılması normaldır, çünki ateizm özünün də qarşı çıxdığı insandan ədalətli, əxlaqlı və vicdanlı olmağı tələb etmir, həm də əxlaqlı ateist görmək mümkündür, ona görə ki, ateist də olsa dinin 20 min il fasiləsiz olaraq təsiri altında olan bir cəmiyyətdə yaşayır.
Ateizm insan ilə heyvanda bir-birinə bənzəyən xüsusiyyətləri ortaya çıxarmağa çalışır. Məsələ, biologiya elmindən də bildiyimiz kimi insan məməlilər sinfinə daxil edilər ve bu sinfə aid digər iri məməlilər ilə müqayisəsi aparılar. Quruda yaşayan iri məməlilərdən fil istina olmaqla, demək olar ki, bütün digər heyvanlar cütləşmək dövrü gəldikdə cinsi əlaqəyə açıqda, yəni başqa canlılarin gözü qarşısında girməkdən çəkinməzlər. Porno film istehsal edənlər də bu həyasızlıqlarına ateizmdə insanın insan deyil, “kamil heyvan” olduğunu və onun məməlilər sinfinə daxil olan digər canlılar kimi açıq-aşkar cinsi əlaqəyə girməsinin mümkün olmasını əsas gətirirlər.
Gəlin, indi də ateizmin hakim olduğu dünyadan bir neçə statistik rəqəmlərə baxaq. “Los Angeles Times” qəzeti hələ 2002-ci ildə sadəcə Hollivudda hər il 11 min porno film istehsal olunduğunu yazırdı. “İnternet Filter Review” təşkilatının 2006-ci il hesabatında isə dünya miqyasında hər keçən saniyə $3. 075.64 pornoqrafiyaya xərcləndiyini və hər ötən 39 dəqiqədə yalnız ABŞ-da bir porno film çəkildiyini göstərmişdir.
İnsanı insan deyil, “kamil heyvan” olaraq görən ateizm, dünyaya hökmranlıq etməyə başladıqdan sonra bəşəriyyətə töhfəsi sadəcə “böyüklər” üçün istehsal olunan porno filmlər deyildir. UNISEF təşkilatının hesabatlarından (çox təəssüf ki, hesabatın ilini qeyd etməyi unutmuşam) birində hər il uşaq pornoqrafiyasından 3 milyard dollar gəlir əldə edildiyi və ildə orta hesabla 1.2 milyon az yaşlı uşağın cinsi istismar üçün bir ölkədən başqa ölkəyə daşındığı göstərilir. Bu da azmış kimi eyni adlı hesabatda hər il təxminən 1 milyon uşaq fahişəliyə cəlb olunduğu vurğulanır. Təbii ki, porno izləyən gözü qızmış “kamil heyvan”, ar-namus və ya uşaq-qadın görməyəcəkdir.
Bu yerdə bir məqamı da diqqətinizə çatdırmağı özümə borc bilirəm. Dünyada insanı “kamil heyvan” adlandıran ateizm deyil, İslamın son bayraqdarı olan Osmanlı dövləti hakimlik etsə idi, hər il təxminən 1 milyon uşaq fahişəliyə cəlb olunardımı? Və ya hər keçən saniyə $3. 075.64 pornoqrafiyaya xərclənərdimi? Yaxud, ermənilər rusların köməyi ilə Xocalıda qətliam törədərkən Osmanlı dövləti ateizmin əsas qurumu olan BMT Təhlükəsizlik Şurası kimi səssiz qalardımı?
Tam qətiyyətlə demək mümkündür- hər il 1 milyon uşaq fahişəliyə cəlb olunmazdı, hər keçən saniyə $3. 075.64 pornoqrafiyaya xərclənməzdi, BMT-nin Təhlükəsizlik Şurası kimi Xocalı müsəlmanlarının soyqırımına Osmanlı dövləti səssiz qalmazdı. 1918-ci ildə Azǝrbaycanda olan yerli ateistlər Şaumyanın Qarabağda, Qubada, Amaxida ve digər ərazilərimizdə törǝtdiyi qətliamlara əl çalarkən, qoca Osmanlı harayımıza 2 dəfə qoşun göndərdiyi kimi 1992-ci ildə də köməyimizə çatardı...
Ateizm sadəcə insana “kamil heyvan” demir. Bu ideologiya öz maraqları naminə soyqırımlara heç səssiz qalmaqla da kifayətlənmir. Ateizm tüfeyliliyin, əxlaqsızlığın bir nömrəli göstəricisi olan pornoqrafiyadan gəlir götürür və bunun nəticəsində bəşəriyyətə mənəviyyatsızlıq və bişərəflilik aşılanır. Baxın, təkcə 1996-cı ildə Amerika Birləşmiş Ştatlarında qızların öz ataları tərəfindən bakirəliklərinin itirilməməsinin qarşısını almaq üçün hazırlanan dövlət proqramına Konqress 500 milyon dollar vəsait ayırmışdır.

Məqalələrimin sonunda əsasən üzümü müsəlmanlara tuturam. Bu dəfə isə üzümü cəmiyyətimizə mətbuat vasitəsi ilə dinsizliyi yayanlara çevirib soruşuram: “Siz düşünürsünüz ki, Amerikada ateizmin məhsulu olan pornonun fəsadlarını aradan qaldırmaq üçün Konqress bəzi addımlar atırsa, deməli yetim-yesirin haqqını yeyən Azərbaycan məmurları da ölkəmizdə artan intiharların, zorlamaların qarşısını almaq üçün hansısa tədbir görəcəkdirlər? Yaxud fikirləşirsiniz ki, erməni Kim Kardashianın “həvəskarı” olan porno aludəçiləri sabah pornodan əl çəkib vətənin müdafiəsində duracaqlar? Səndən soruşuram, cavab ver!”.