“Kim qalmaq istəyirsə qalsın” – - Abid Şərifov

kim-qalmaq-isteyirse-qalsin-
Oxunma sayı: 2933


“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan baş nazirinin müavini Abid Şərifov ANS TV-də “Hesabat” proqramına müsahibəsində deyib. A. Şərifov bildirib ki, Sovetskidəki  bir çox vətəndaşlar ordan çıxmağa çox razıdırlar: “Yəqin ki, bunu deməyə ehtiyac da yoxdur. Hamımız da bilirik ki, orda bizim insanlarımız necə şəraitdə yaşayırlar. Bu hamımıza bəlli məsələdir. Bu səbədən çoxlu insanlar müraciət edir, hətta zəng də edirlər ki, nə üçün dayandız? Bu onu göstərir ki, əksəriyyət razıdır ki, getsin bir ev alsın və normal şəraitdə yaşasın. Kimisə bu gündən sonra burdan kimisə çıxaracaq deyil. Kim qalmaq istəyirsə qalsın. O ki,qaldı onların vəziyyəti? Bunlar nə istəyirlər? Bunlar deyir bizə ev tikin verin şəhərin mərkəzində. Biz şəhərin mərkəzində yaşıyırıq. “Sovetski” şəhərin mərkəzi sayılır. Bizə qədər bizdə belə bir təcrübə olmayıb ki, biz kiməsə ev tikək verək. Bu da sirr deyil ki, 1500 manata ev almaq olar. Şəhərin mərkəzində yaxud kənarında. Yeganə məsələ onun yaşadığı evin kv.metridir ki, burda 15 kv.metrdə, 20 kv.metrdə yaşayır, bu problem ola bilər. Buna görə də biz belə göstəriş aldıq bu evlərə toxunulası deyil. Necə olacaq bu evlərin vəziyyəti? Buna görə də o vətəndaşlar ki var, hansı ki, narazıdırlar, onların dediyinə görə bunlar bir komitə yaradıblar bir 7-8 nəfərdən ibarət. Və həmin komitə vasitəsilə tələblərini yazılı şəkildə veriblər bizə. Düzdür heç bir imza-filan olmasa da mən onu bir sənəd kimi qəbul etdim və ayın 3-də vaxt təyin etmişik. Orda bəzi suallar qoyulub. Yəni qaydalara uyğun necə olmalıdı, torpaq necə alınmalıdı, necə verilməlidi? Amma bu məsləni qoyanlar bir şeyi unudurlar ki, bu evlər dövlət sifarişiylə sökülmür. Dövlət sifarişi nədir? Dövlət sifarişi odur ki, dövlətin təhlükəsizliyini təmin edən obyektləri tikməkdən ötrü torpaqların alınması. Dövlət sifarişi odur ki, dövlət əhəmiyyətli kommunikasiyaların, magistiral kommunikasiyaların, istər yol olsun, istər su xətti olsun, istər elektrik şəbəkəsi, istər qaz. Ancaq abadlaşmaq üçün, yaxud şəhərdaxili yolları çəkmək üçün və yaxud da adi bir qeyri dövlət əhəmiyyətli tikili tikmək üçün torpaqların alınması, ümumiyyətlə mülkin alınması dövlət sifarişi sayılmır. Sözsüz ki, mən bu yoldaşlarla görüşəndə onlara qanunu da göstərəcəm qaydaları da. Yəni qarışıq məsələ olmasın”.