Kirayənişin ev sahibinə xəsarət yetirdi

kirayenisin-ev-sahibine-xesaret-yetirdi
Oxunma sayı: 1105

Bakı şəhər sakininə küt alətlə xəsarət yetirməkdə şübhəli bilinən Salyan rayon sakini tutulub.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, Binəqədi RPİ 6-cı PB və Salyan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də Bakı şəhər sakini Arif Məmmədova Biləcəri qəsəbəsindəki evində küt alətlə xəsarət yetirməkdə şübhəli bilinən, orada kirayənişin olan Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Yəhyayev saxlanılıb.

Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan marixuana da aşkar edilərək götürülüb.