Kıvanç prokurorluğa ifadə verdi

kivanc-prokurorluga-ifade-verdi
Oxunma sayı: 1824

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğa ötən ayın sonunda böyük bir miqdarda vergi cəzası gəlib. Vaxtında vergisini ödəyən aktyorun 3, 5 milyon TL borcu olduğu ortaya çıxıb. 

“Qafqazinfo” xəbər verir ki, ötən gün K. Tatlıtuğ İstanbul Anadolu Ədalət Sarayına gedərək ifadə verib. Aktyor prokurorluqdan çıxarkən media nümayəndələrinin suallarını cavablandırıb:

“Hamınız bilirsiz ki, məsələ mənimlə bağlı deyil. Mühasibimiz tərəfindən aldadılmışıq, bizə qarşı dələduzluq edilib. Bu gün gəldik, bir daha ifadə verdik. Ona ödəniş olunmağı üçün hər zaman pul verilib. Biz yenə keçmiş mühasibimizdən şikayətçiyik və vergi borcumuz yoxdur”.