Kiyevdə etirazçılarla polis arasında növbəti qarşıdurma olub

kiyevde-etirazcilarla-polis-arasinda-novbeti-qarsidurma-olub
Oxunma sayı: 1073

Kiyevdə Ali Radanın binasının qarşısında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə etirazçılar arasında növbəti qarşıdurma olub.

“Qafqazinfo”nun “112 Ukraina”ya istinadən verdiyi məlumata görə, polislər etirazçıların nəzarətində olan çəpərə yaxınlaşaraq bildiriblər ki, bu andan etibarən Radanın qarşısında gecələmək məqsədi ilə yaradılan “çadır şəhərciyi”nə daxil olacaq və oranı tərk edəcək şəxsləri yoxlayacaqlar. Bundan sonra isə hər iki tərəf arasında qarşıdurma baş verib. 

Hadisə nəticəsində xəsarət alan olmayıb.