Klinton Əfqanıstana növbədənkənar səfər etdi

klinton-efqanistana-novbedenkenar-sefer-etdi
Oxunma sayı: 635

Xanım Klintonu hava limanında bir sıra yüksək çinli məmurlar, o cümlədən, ABŞ-ın Əfqanıstandakı səfiri, NATO nəzdində Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrini kommandiri, Əfqanıstanın Protokol rəisi və digər vəzifəli şəxslər qarşılayıb. Yerli vaxtla gecə saatlarında təyyarəsi Kabilə enən ABŞ rəsmisinin bu gün Əfqanıstan prezidenti Həmid Kərzai, digər dövlət məmurları və vətəndaş cəmiyyətləri liderləri ilə görüşəcəyi və ölkə rəhbərliyini sülhün bərqərar olması istiqamətində talibanlarla danışıqları davam etdirməyə çağıracağı gözlənilir. Belə ki, ABŞ 2014-cü ilə kimi şəxsi heyəti bir-nəfərə kimi Əfqanıstandan çıxaracağından, ABŞ rəhbərliyi ölkədə asayişə nəzarətin tam şəkildə yerli strukturlara təhvil verənə kimi, ölkədə Talibanla hökümət arasında dialoqa nail olmağa çalışır.

ANS TV