Kofi Annan Türkiyədə

kofi-annan-turkiyede
Oxunma sayı: 645

Ankaraya gələn Ərəb Ölkələri Liqasının və BMT-nin Suriya üzrə təmsilçisi olan qonaq Baş Nazir Rəcəb Tayyip Ərdoğan və Xarici İşlər Naziri Əhməd Davudoğlu ilə görüşəcək. Kofi Annan görüşdə bir neçə gün əvvəl Suriya rəhbəri Bəşər Əsədlə ölkədə sabitliyin qorunması naminə etdiyi fikir mübadiləsi barədə məlumat verəcək. Sülhməramlı nümayəndə müsəlman ölkəsi olan Türkiyənin Suriyadakı gərginliyin aradan qaldırılması istiqamətində rəyini öyrənəcək.

Qeyd edək ki, ötən ay Kofi Annan Suriyada diplomatik vəziyyəti qaydaya salmaq missiyasını yerinə yetirmək üçün bu ölkənin BMT-dəki nümayəndəsi təyin olunub. Lakin onun ötən həftə Bəşər Əsədlə görüşü heç də ürəkaçan olmayıb, bu barədə diplomat özü jurnalistlərə məlumat verib.

Raminə