Komitə sədri ilə görüş olacaq

komite-sedri-ile-gorus-olacaq
Oxunma sayı: 1196

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 15 dekabr 2017-ci il tarixində Ağcabədi şəhərində vətəndaş qəbulu keçirəcək. 

“Qafqazinfo” xəbər verir ki, qəbul Bayraq Muzeyində keçiriləcək. Qəbulda Ağcabədi şəhəri ilə yanaşı Zərdab, Ucar rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.